Xəbərlər

31 Okt
AZƏRTAC Dünya Xəbər Agentliklərinin VI Konqresinin Sofiyada uğurla keçirilməsi üçün BTA agentliyinə lazımi dəstək göstərəcək. Görüşdə 2019-cu ildə Sofiyada keçiriləcək Dünya Xəbər Agentliklərinin VI Konqresinə hazırlıq, müasir medianın cəmiyyətdə rolu, yalan xəbərlərlə mübarizə kimi məsələlər diqqət mərkəzində olub. “Mən çox istərdim ki, media qabaqcıl, qərəzsiz və obyektiv olsun. İndiki dövrdə həqiqəti əks etdirən xəbərlərə böyük ehtiyac var. Yalan xəbərlər bütün cəmiyyətə, iqtisadiyyata, sosial həyata mənfi təsir göstərə bilər”, - deyə İliana Yotova qeyd edib.
31 Okt
Oktyabrın 30-da Bolqarıstanın BTA agentliyinin təşkilatçılığı ilə Sofiyada Dünya Xəbər Agentlikləri Konqresi Şurasının növbəti iclası olub. İclasda 2019-cu ildə Sofiya şəhərində keçiriləcək Dünya Xəbər Agentliklərinin 6-cı Konqresinə hazırlıq məsələləri müzakirə olunub, təşkilati işlərə baxılıb. İclasda Şuranın üzvü olan AZƏRTAC, Böyük Britaniyanın Press Association, ABŞ-ın Associated Press, Rusiyanın TASS, İspaniyanın EFE, Bolqarıstanın BTA agentliklərinin rəhbərləri və nümayəndələri, həmçinin Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) və Avropa Xəbər Agentlikləri Alyansının (EANA) baş katibləri iştirak ediblər.
06 Mart
Martın 6-da Londonda Dünya Xəbər Agentlikləri Konqresinin növbəti Şura iclası keçirilib. İclasda Azərbaycanın AZƏRTAC, Britaniyanın Press Association, Reuters, ABŞ-ın Associated Press, Rusiyanın TASS, Bolqarıstanın BTA, Küveytin KUNA və İspaniyanın EFE agentliklərinin rəhbərləri və nümayəndələri, Ərəb Ölkələri Xəbər Agentlikləri Federasiyasının (FANA) və Avropa Xəbər Agentlikləri Alyansının (EANA) baş katibləri iştirak ediblər.
01 Dek
Bu Konqres xəbər agentlikləri üçün möhtəşəm təməl daşı olacaq. Belə ki, bu mötəbər tədbirdə dünyanın dörd tərəfindən 5 qitəni, 80 ölkəni və 130 aparıcı xəbər agentliyini təmsil edən 200 media peşəkarı iştirak edirdi. Konqresi işıqlandırmaq üçün Yonhap xəbər agentliyinin İstanbul bürosunun rəhbəri Bakıya ezam olundu.
21 Noy
Dünyanın 130-dək aparıcı xəbər agentliyinin rəhbərləri və təmsilçiləri Bakıda bir araya gələrək dünya mediasının ən mühüm problemlərini müzakirə etdilər və faydalı fikir mübadiləsi apardılar.