Bakı Konqresinin dördüncü sessiyası “Multimedianın gələcəyi üçün jurnalistlərin təlimi” mövzusuna həsr edilib

Thursday, November 17, 2016 - 11:15

Bakı, 17 noyabr, AZƏRTAC

Dünya Xəbər Agentliklərinin V Konqresi çərçivəsində noyabrın 17-də Heydər Əliyev Mərkəzində “Multimedianın gələcəyi üçün jurnalistlərin təlimi” mövzusunda dördüncü sessiya keçirilir.

AZƏRTAC xəbər verir ki, sessiyanın moderatoru Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) baş katibi Fərid ƏYYAR devizi “Xəbər agentlikləri üçün yeni çağırışlar” olan V Konqres çərçivəsində multimedianın gələcəyi ilə bağlı aparılan müzakirələrin aktuallığını vurğuladı.

“DMA-Media” şirkətinin təlimlər üzrə direktoru Coan Lin VEİ müzakirələrin, irəli sürülən təkliflərin faydalı olacağını dedi. O, özünün də jurnalistika təlimləri ilə məşğul olduğunu diqqətə çatdırdı, sosial və mobil mediaların rolundan danışdı. Coan Lin Vei, həmçinin medianın müasir texnologiyaya böyük ehtiyacı olduğunu bildirdi.

Fransanın France Press agentliyinin qlobal xəbər departamentinin üzvü Erik VİŞART çıxış edərək öz təcrübələrini sessiya iştirakçıları ilə bölüşdü.

Sessiyada multimedia məhsulunu istehlakçıya çatdırmağın yolları müzakirə edilir. Buraya təkcə sonradan istifadəçilərə təqdim edilən multimedia məhsulları deyil, həm də birbaşa informasiya mənbəyinə çıxış imkanı verən sosial şəbəkələr və digər platformalarda canlı yayım da daxildir.