UNESCO-nun Baş direktoru İrina Bokovanın Dünya Xəbər Agentliklərinin V Konqresinə müraciəti

Wednesday, November 16, 2016 - 13:15

Möhtərəm Azərbaycan Respublikasının Prezidenti.

Xanımlar və cənablar.

Dünya Xəbər Agentliklərinin V Konqresinin və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının iştirakçılarına ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Dünyanın 100-dək ölkəsindən nüfuzlu media xadimləri rəqəmsal inqilab və jurnalistlərin qarşılaşdığı təhdidlər də daxil olmaqla, jurnalistikanın aktual problemlərini müzakirə etmək üçün bu tədbirlərə toplaşıblar.

Hesab edirəm ki, bu, gələcək fəaliyyətimizin uğurunun başlanğıc nöqtəsidir. Biz insan hüquqları və ləyaqəti, qanunun aliliyi və yaxşı idarəetmə, demokratiya və davamlı inkişaf naminə müstəqil, etik və plüralist medianın vacibliyinə inanırıq. Keyfiyyətli jurnalistika cəmiyyətlər üçün heç vaxt olmadığı qədər vacibdir və onun başlıca vəzifəsi əsasən böhran və münaqişələr zamanı cəmiyyətin etibarlı informasiyaya tələbatını ödəməkdən, onun maraqlarını təmin etməkdən, söz azadlığı üçün əlverişli zəmin yaratmaqdan ibarətdir.

Bu kontekstdə mən Azərbaycan Prezidentinə bu təşəbbüsü irəli sürdüyünə görə minnətdarlığımı bildirirəm.

Konqresin bütün iştirakçılarına, xüsusən də UNESCO-nun təşəbbüsü ilə 1961-ci ildə yaradılan Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının nümayəndələrinə təşəkkürümü bildirirəm. Tədbirin işinə uğurlar arzulayıram və ümid edirəm ki, biz ifadə azadlığının möhkəmləndirilməsi, azad informasiya axınının təmin edilməsi və keyfiyyətli jurnalistikanın hər yerdə dəstəklənməsi yolunda birgə işləyəcəyik. Çox sağ olun.