NACO

Dünya Xəbər Agentlikləri Şurası (NACO)

Dünya Xəbər Agentlikləri Şurası (NACO) konqresə ev sahibliyi edən agentliklə birgə növbəti konqresin strukturu və proqramı üçün məsuliyyət daşıyır. Konqreslər arası müddətdə NACO-nun ən azı iki iclası keçirilir. NACO aşağıdakı üzvlərdən ibarətdir və bu prinsiplər üzərində qurulur:

A) Hazırkı prezident, iki keçmiş prezident, növbəti konqresin təşkilat komitəsinin Baş katibi və sədri;

B) Bütün xəbər agentlikləri Şurada üzv olduqları regional təşkilatlarla, hazırda FANA, EANA, OANA, LANA və MDB Xəbər Agentlikləri Alyansı vasitəsilə təmsil olunurlar. Bir agentliyin eyni vaxtda iki təşkilata üzv olması qəbuledilməzdir. AP və Thomson Reuters kimi dünya agentlikləri heç bir regional təşkilata üzv olmadan Şurada təmsil oluna bilərlər. Yuxarıda adı çəkilən regional təşkilatlara üzv olmayan agentliklər Baş katib və ya Prezident tərəfindən Şuraya dəvət oluna və ya birbaşa Baş katib tərəfindən təmsil oluna bilərlər.

C) NACO Şuranın işini dəstəkləyən istənilən şəxsi Şuraya seçməkdə sərbəstdir.

D) Növbəti Konqresin ev sahibi müəyyən şəxsləri Şuralar arası işçi qruplarına üzv olmağa dəvət edə bilər. Ötən konqresə ev sahibliyi edən agentlik və Şura növbəti konqresin işini dəstəkləmək üçün əllərindən gələni əsirgəməyəcəklər.

E) Ötən konqresin bitməsindən növbəti konqresin bitməsinədək olan müddətdə NAWC-ın prezidentliyi ötən konqresə ev sahibliyi edən agentlik tərəfindən həyata keçirilir.

F) NACO prezidentə kömək məqsədilə baş katib vəzifəsini yarada bilər. Baş katib vəzifəsi ödənişsizdir, lakin Baş katibin iclaslar və hazırlıqla bağlı bütün xərcləri (uçuş, otel, yemək, taksi və razılaşdırılmış digər xərclər) NACO-ya prezidentlik edən agentlik tərəfindən ödənilir.